"Sərdar Ortaç mənə "ana" deyirdi..."
İrem Derici ilə sevgilisi ayrıldılar
Modelyer məhkəməni uduzdu
Şakiraya çöl donuzları hücum edib - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aygün tezliklə nənə olmağı arzulayır

12-10-2021


"Xasiyyətcə, enerji baxımından fərqliyik. Sənət bizi birləşdirsə də, xasiyyətcə başqayıq. Onun fikirlərinə, qərarlarına çalışıram sağlam yanaşım, anlayım, qəbul edim. Bir ana kimi bunu qəbul etmək çətindir".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib. 

O, qızı, müğənni İlqarə Kazımovdan danışıb: "Çətindir öz övladının xasiyyətini, səndə olmayan baxışını qəbul etmək. Səhv addım atsa... Atsın, mənim də olub. Onlar sayəsində möhkəmlənmişəm. Bir ana kimi onu qəbul etmək çətindir. Amma kənardan baxanda düşünürəm öz həyatıdır. Bu gün varam, sabah olmaya bilərəm. Bir ana kimi onu çalışıram problemlərdən çıxarım. Amma səhv edirəm. Gərək özü üzləşsin, çalışıb çıxsın çətinliklərdən. Əvvəl heç bacarmırdım, indi çalışıram özü üçün onu baş-başa qoyum".

A.Kazımova bildirib ki, qızının ailə qurmasını, tezliklə nənə olmasını arzuladığını söyləyib:

"Qızımı çox erkən yaşda dünyaya gətirmişəm. İstəyərdim gənc nənə olum. Əslində mən 10-15 il bundan əvvəl nənə ola bilərdim. Qızımın öz taleyi, alın yazısı var. Dedim, öz həyatını yaşasın. Təkid etmirəm, dünyasını pozmaq istəmirəm. Öz həyatıdır... Yanımda olmasa da olar, əsas xoşbəxt olsun".

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti