Repçi altı saata 1 milyon dollar qazandı - foto
Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artistləri barışdılar

03-03-2021


Xalq artistləri Nisə Qasımova və Brilliant Dadaşova efirdə barışıblar. Mtv.az xəbər verir ki, N.Qasımova teleproqramda qonaq olub. B.Dadaşova efirə zəng edərək illərdir küsülü olduğu müğənnini ad günü münasibətilə təbrik edib. "Mən tərəfdən heç kimə qarşı küslük yoxdur. Nisə Qasımovadan isə heç küsmürəm. Özü özlüyündə incimişdi. İnsan ad-sanı özü qazanır. Şeytan ruhlu insanlar həyatımızda hər zaman olub, olacaq da. Allah bizi elə insanlardan qorusun" deyərək, B.Dadaşova inciklikləri haqqlnda suala cavab verib. "Brillianta olan içdən münasibətim başqa idi. Amma şou-biznesin yazılmayan qanunları var. Əminəm ki, görüşəcəyik" deyə, N.Qasımova söyləyib. Xatırladaq ki, B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel




















10 Aprel