Aktyor yeni eşq yaşayır
Müğənni məhkəməyə verildi
Aktrisa kürk geyinənlərə tənqid etdi
Tuba Büyüküstün cildini dəyişdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Günay "MTV Azərbaycan"a açıqlama verdi

22-02-2021


"Şou-biznesdə hər kəslə münasibətim gözəldir. Küsülü olduğum insan yoxdur. Sadəcə, olaraq dostluq eləmirəm. Bu o demək deyil ki, mən onları bəyənmirəm". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi şou-biznesdəki paxıllıqlardan danışıb: "Fikir vermişəm, qızlar arasında paxıllıq olur, oğlan müğənnilər isə bildirmirlər. Amma qızlar bir az keçən kimi büruzə verirlər. İçlərində səmimiləri də, qeyri-səmimiləri də var. İnsan hiss edir də sənə qarşı kim səmimi, kim qeyri-səmimidir. 10 nəfər yaxşı ifaçı varsa, top beşlikdəyəm. Niyə də yox?". Xəyanətlə bağlı suala isə Günay "Xəyanəti bağışlamıram. Dost xəyanəti də görmüşəm. Mənə yalnış hərəkətlər ediblər, yaşamışam. Zaman keçir, insan həyatdan dərs götürür. İnsan başına gəlməyincə bilmir. Zamanla insan püxtələşir, oturuşur, düzgün seçim edə bilirsən, bunlar şərtdir. Hər il nəsə öyrənirəm, daha təmkinli olmuşam. Çox emosional bir xanımam. Amma o emosiyamı bir az azaltmışam. Özümdə olan səhvləri çalışıram ki, düzəldim" cavabını verib. İfaçı ana olmaq istədiyini də açıqlayıb: "Ana olmaq duyğusu var. Bütün xanımlar kimi məndə də bu istək var. Övladlarıma qarşı 100 faiz tələbkar olacam".

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 Mart




















5 Mart