Müğənni məhkəməyə verildi
Aktrisa kürk geyinənlərə tənqid etdi
Tuba Büyüküstün cildini dəyişdi - foto
Tom Kruzun qızı üzə çıxdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olundu

21-01-2021


Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib.

Mtv.az xəbər verir ki, müsabiqənin məqsədi dahi Azərbaycan bəstəkarının əsərlərini plagiatdan qorumaq, Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir.

Müsabiqənin şərtlərinə görə, Üzeyir bəyin əsərlərindən seçilmiş 10 melodiyanın biri və ya bir neçəsi əsasında orijinal əsər yazılmalı və mənbə adı ilə göstərilməlidir. Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı bu il iyulun 1-dək qəbul olunacaq.

Müsabiqənin mükafat fondu 3500 dollardır. Qaliblərin əsərləri ABŞ-da nəşr ediləcək və Nyu-Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq.

Müsabiqədə iştirakla bağlı ətraflı məlumatı https://nmgcs.co/competition-about/ linkindən almaq olar. 

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 Mart


















5 Mart