Müğənni 152 kilodan 82 kiloya düşdü - foto
Keçmiş ərini məhkəməyə verdi - foto
Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Məlahət Abbasova Xalq artistii tənqid etdi 

12-01-2021


Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova Xalq artisti Röya Ayxanı sərt şəkildə tənqid edib.

Mtv.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın Yeni il axşamı rəqs videosu paylaşmasının doğru olmadığını bildirib:

"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan".

Xatırladaq ki, M.Abbasova daha əvvəl R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti