GÜNDƏM
Musiqili Teatrın aktyoru vəfat etdi
31-12-2020

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib.
Mtv.az xəbər verir ki, bu barədə aktyorun yaxınları məlumat veriblər.
Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.
A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.
2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləməyə başlayıb.
65 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral
26 Fevral