Model idmançı sevgilisi ilə nişanlandı
 İrem Derici yeni sevgili tapdı
 Rihannanın brendi 1 milyard dollar dəyərindədir
Serialda sürpriz yaşanacaq - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Müğənnilərin Şuşa və Xankəndi görüntüləri - video

28-12-2020


Bir qrup sənət adamı ötən gün işğaldan azad edilən Qarabağ torpaqlarına yollanıb.

Mtv.az xəbər verir ki, onlar Şuşada konsert proqramında çıxış ediblər. Səfər zamanı əsgərlər üçün mahnılar oxuyanlar arasında Xalq artistləri Tünzalə Ağayeva, Ənvər Sadıqov, Əməkdar artistlər Təyyar Bayramob, Abbas Bağırov, müğənnilər Azad Şabanov, Mirələm Mirələmov yer alıblar.

T.Ağayeva Gövhər Ağa məscidini ziyarət etdiyini bildirib və hisslərini izləyiciləri ilə bölüşüb:

"Arzuladığımız Cıdır düzü, igidlərimizin qalxdığı qayalar... Allah şəhidlərimizə rəhmət eləsin! Cıdır düzü, səni görmək möhtəşəm və unudulmaz bir hissdir. Qovuşdurana sonsuz şükürlər olsun. Dünyanın ən ali səhnəsindəyəm. Əsgərin əlindən mənə verilən gül müqayisəsizdir. Qarabağ Azərbaycandır!

Nəhayət Gövhər Ağa məscidində oldum. Vətənim, şəhidlərimiz üçün dua oxudum. İnsana fantastik, möhtəşəm hiss yaşadır. Sözlə ifadə olunmur. Sevincdən doya bilmirik. Bəli, mən mədəniyyət, musiqi beşiyi olan Şuşadayam. Burada igid oğullarımızı görürük".

A.Şabanov həm Şuşa, həm Də Xankəndindən görüntülər yayımlayıb. O, " Şükür olsun bu sözləri bu gün burada deyə bilirəm, xoşbəxtliyi hiss edirəm, Gövhər ağa məscidində Allahıma dua etmək nəsib oldu. Hər bir Azərbaycanlıya qismət olsun. Allah ş̧əhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin, Əsgərlərimiz var olsun" sözlərini yazıb.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2194893114068" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

86 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti