GÜNDƏM
Əməkdar artist dünyasını dəyişdi
26-12-2020

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.
Mtv.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində üç illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib.
1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.Aktrisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.
76 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Fevral
25 Fevral