GÜNDƏM
"Ağdamdan çıxanda evin açarını götürdüm" - Xalq artisti
05-12-2020

"1993-cü ildə anam dünyasını dəyişdi. Anamın 3-ü günü Ağdam işğal edildi. Onun qəbrinin üstünü götüzdürə bilmədik. Gedib məzarı necə olur-olsun tapacam. Deyəcəm, ana, gözün aydın olsun, rahat yat, Ağdam bizə qayıtdı".
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova deyib.
Aktrisa Ağdamdan köçməsindən və xatirələrindən danışıb: "Anamı oradan çıxara bilmirdik, deyirdi ki, evimdə Quran var, erməni bura girə bilməz. Öz evində də öldü. Uzundərəyə girəndə Qədir Rüstəmovun "Sona bülbüllər"ini səsləndirəcəm. Ağdama Qədirlə daxil olacam, çünki sən, Ağdamsız öldün.
Hamı deyir, Ağdamdan çıxanda evin açarını götürdüm. Mən götürmədim, çünki evimin qapısı yox idi. Qrat atıldı, evim darmadağın oldu".
54 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar