GÜNDƏM
Bülbülün ev muzeyini ermənilər belə dağıdıb - video
01-12-2020

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.
Mtv.az xəbər verir ki, o, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.
“Bu, ermənilərin Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- A.Kərimov deyib.
Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2011864107746" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>
76 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar