Müğənni 11 ay sonra ayrıldı
Aktrisanın evlənmə xəbəri yayıldı
Serialın yayım günü dəyişdirildi
“Hercai”nin çəkiliş meydanında dava düşdü

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Mədəniyyət Strategiyası ilə bağlı rəy sorğusu keçirilir

21-11-2020


Mədəniyyət sahəsində islahatlar prosesi davam edir. İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulub.

Mtv.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanacaq Mədəniyyət Strategiyasında öz əksini tapacaq.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun və prioritet sahələrinin müəyyənləşdirilməsi və bu prosesdə geniş ictimai rəyin və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

Bu məqsədlə ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı, bu sahənin daha səmərəli şəkildə idarə edilməsi, milli yaradıcı potensialın reallaşdırılması ilə bağlı fikir və mülahizələrini bildirmək istəyən vətəndaşlar və yaradıcı insanlar Mədəniyyət Strategiyasının hazırlanması üçün ictimai rəyin öyrənilməsi sorğusunda iştirak etməyə dəvət olunur.

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Noyabr


















23 Noyabr