Müğənni 11 ay sonra ayrıldı
Aktrisanın evlənmə xəbəri yayıldı
Serialın yayım günü dəyişdirildi
“Hercai”nin çəkiliş meydanında dava düşdü

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək

20-11-2020


Azərbaycana məxsus maddi-mənəvi mirasın, tarixi eksponatların ermənilər tərəfindən daşınmasını qətiyyətlə pisləyirik, bu, bir daha ermənilərin vəhşi xislətinin göstəricidir.

Mtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, hər bir maddi-mədəni abidə Azərbaycana məxsusdur: “Çünki bu, Azərbaycan ərazisində olan dəyərdir. Bu mülkiyyətin qeyri-qanuni olaraq Azərbaycandan çıxarılması beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda, bəşəri dəyərlərə hörmətsizlikdir. Biz bunu qətiyyətlə pisləyirik. Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya müraciətlər olunub. Bundan sonra da bu iş davam etdiriləcək.

Biz hesab edirik ki, bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməlidir. Çünki Azərbaycanda olan mədəni miras mənşəyindən asılı olmayaraq, istər xristian, istər alban mirası olsun, ya da ki, erməni mirası olsun, Azərbaycanın mülkiyyətidir və ölkədən çıxarılması qeyri-qanunidir. Bildiyiniz kimi UNESCO-nun 1970-ci il konvensiyasına görə mədəni mülkiyyətin qeyri-qanuni olaraq ölkədən çıxarılması konvensiyasındakı müddəaların icra edilməsi ilə bağlı hökumətlərarası komitə mövcuddur. Həmin komitədə bundan sonra da məsələ qaldıracağıq ki, ermənilərin bu addımına hüquqi qiymət verilsin”.

27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Noyabr


















23 Noyabr