Hollivud ulduzu yeni layihə reallaşdırır - foto
Aktyor memarla ailə qurdu
Müğənninin anasını şantaj edirlər - foto
Selena Qomez açıqlaması ilə gündəmə gəldi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Fond Gəncəyə hərbi təcavüz aktı ilə bağlı bəyanat yaydı

24-10-2020


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hərbi təcavüz aktı ilə bağlı bəyanat qəbul edib.

Mtv.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın adından yayılan bəyanatda deyilir:

“Oktyabrın 11-də Ermənistanın Vardenis rayonundan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində 10 nəfər dinc sakin həlak olub, azyaşlı uşaqlar da daxil olmaqla 30-dan çox mülki şəxs bədən xəsarətləri alıb, böyük dağıntılar baş verib.

Bu terror aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə nümayiş etdirir. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni təcavüzkarlarının törətdiyi bu cinayət Cenevrə konvensiyalarına tamamilə ziddir.

Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq.

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 Dekabr










1 Dekabr