Aktyor memarla ailə qurdu
Müğənninin anasını şantaj edirlər - foto
Selena Qomez açıqlaması ilə gündəmə gəldi
Rita Oranın sərvəti açıqlandı 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rəssamlar İttifaqı fonda vəsait köçürdü

21-10-2020


Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək, Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb.

Mtv.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti