Hollivud ulduzu yeni layihə reallaşdırır - foto
Aktyor memarla ailə qurdu
Müğənninin anasını şantaj edirlər - foto
Selena Qomez açıqlaması ilə gündəmə gəldi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Gəncəsər monastır kompleksi

22-10-2020


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mtv.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastır kompleksinə həsr edilib.

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra Gəncəsər monastırı “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edilməkdədir.

Xatırladaq ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 Dekabr










1 Dekabr