Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

17-10-2020


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mtv.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr edilib.

1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olub.

Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə-dahi şairin məzarı üzərində inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.

Layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr




















20 Oktyabr