Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah hava buludlu olacaq

15-08-2020


Avqustun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin  məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22,  gündüz  27-29, Bakıda  gecə 20-22, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45  faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Avqustun 16-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə  isti olacaq.

81 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27