Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda sabah 30 dərəcə isti olacaq

05-08-2020


Azərbaycanda sabaha, avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27