GÜNDƏM
“Jara-2020” Türkiyədə təxirə salındı
01-08-2020

Avqustun 27-si və 28-də Bodrumun Yalıkavak ərazisində keçirilməsi planlaşdırılan “Jara-2020” Beynəxalq Musiqi Festivalı təxirə salınıb.
Mtv.a xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları İnstaqram səhifəsində məlumat yayıb:
“Biz var gücümüzlə çalışırdıq ki, yay sizin üçün ancaq ən parlaq və musiqili təəssüratlarla yadda qalsın. Lakin vəziyyət başqa cürdür və biz festivalı təxirə salmağa məcbur olduq. Tədbirin yeni keçirilmə tarixi barədə ən yaxın vaxtlarda məlumat verəcəyik. Əmin ola bilərsiniz ki, alınmış bütün biletlər keçərlidir”.
Xatırladaq ki, bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı da təxirə salınmışdı.
167 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar