Aktyor tərəf müqabili ilə eşq yaşayır
Aktrisa aktyora romantik sözlər yazdı - foto
İradə romantik paylaşım etdi
Müğənni mavi bikinidə şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Bakıda sabah 32 dərəcə isti olacaq 

09-07-2020


Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu  gecə 22-27, gündüz  32-37, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

53 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15






















14