Sevgilisi modeli məhkəməyə verdi
Səmra bu fotolarına görə tənqid atəşinə tutuldu
Aktrisa tərəf müqabili ilə sevgilidir
Aktrisa "Seren" obrazına həyat verəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah günəşli hava hökm sürəcək

07-07-2020


Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub.

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12






















11