Serialın çəkilişləri təxirə düşdü
Müğənninin avtomobillə yolda qaldı
Sevdanın nişanlısı ilə fotosessiyası
Aleyna dünya ulduzu olmaq istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Röya “Altın Kelebek”ə sahib oldu - foto

06-07-2020


Türkiyədə 46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.

Mtv.az xəbər verir ki, COVID-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb.

Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.

“Pantene Altın Kelebek Mükafatları”nda artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır.

Bu il də səkkiz məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebey”in qalibi Xalq artisti Röya Ayxan seçilib.

İkinci dəfə sözügedən mükafata layiq görülən ifaçı mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib.

Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmaya rəng qatıb.



62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14


















13