Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bu ay günəşli hava ilə başa çatacaq

29-06-2020


Azərbaycanda iyun ayının son günü üçün gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul