Aktyorlar boşanmaq qərarına gəldilər
Hollivud ulduzu maddi sıxıntı yaşayır
Aktrisa mesaj yazır, amma cavab gəlmir
Həyat yoldaşı ilə motosikletə mindi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabahın hava şəraiti açıqlandı

25-06-2020


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

26 iyunda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 İyul




























13 İyul