Serialın afişası təqdim olundu
 Hadisə 8 kiloqram arıqladı - foto
Aktrisa birinci siyahıda yer aldı
Tatlısəsin keçmiş xanımı danışdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bazar günü Bakıda 29 dərəcə isti olacaq

06-06-2020


İstirahət günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyul




























3 İyul