GÜNDƏM
Aşıq Ulduz Azaflı dünyasını dəyişdi
22-05-2020

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.
Mtv.az xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib.
O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.
Xatırladaq ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.

347 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar
15 Yanvar