Aktrisa yeni seriala çəkilir
Bülənt Ərsoy münsif olacaq
Hamiləlik fotosu ilə gündəm yaratdı 
Müğənni və aktrisahamını təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Eurovision” tarixində ən yaxşı mahnı seçildi

19-05-2020


Britaniyalı televiziya tamaşaçıları “Eurovision” müsabiqəsi tarixində ən gözəl mahnının adını müəyyən ediblər.

Mtv.az xəbər verir ki, qalibin adı koronavirus pandemiyası səbəbindən ləğv olunan müsabiqənin yayımının əvəzində ekranlara çıxan “Eurovision: Come Together” proqramının efirində açıqlanıb.

Səsvermənin nəticələrinə əsasən, ABBA qrupunun “Waterloo” kompozisiyası müsabiqə tarixində ən yaxşı mahnı seçilib. İsveç qrupu bu mahnını 1974-cü ildə İngiltərənin Brayton şəhərində keçirilən Eurovision müsabiqəsində ifa etmişdi.

Kompozisiya ekranlara çıxdığı andan etibarən müxtəlif ölkələrin hit-paradlarında ilk yerləri tutmuş, bütün dünyada 6 milyon nüsxə ilə yayılmışdı.

“Eurovision-2020” mahnı müsabiqəsi may ayının ortalarında Roterdam şəhərində keçirilməli idi. Lakin Avropa Yayım Şurası koronavirus pandemiyası səbəbindən müsabiqəni ləğv edib və təşkilatçılar onun əvəzində online-şou keçirib.

25 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
























1 İyun