Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır
Nura Suri yazılan tənqidlərə cavab verdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Avroviziya” 2021-ci ildə Rotterdamda baş tutacaq

17-05-2020


Avropa Yayım Birliyi (AYB) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib. 

Mtv.az xəbər verir ki, bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib. 

Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər. 

Xatırladaq ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi. 

Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər. 

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May
















28 May