Sərdar Ortaç tək ölmək istəyir
Hollivud ulduzu yeni münasibətə başladı
Müğənni dostlarına güvənmir
Əməkdar artist imicini dəyişdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah arabir yağış yağacaq

06-04-2020


Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyun




























5 İyun