Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabahın havası yağmurlu olacaq

03-04-2020


Azərbaycanda aprelin 4-ə gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 4-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun




























3 İyun