Sərdar Ortaç tək ölmək istəyir
Hollivud ulduzu yeni münasibətə başladı
Müğənni dostlarına güvənmir
Əməkdar artist imicini dəyişdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti Rauf Babayev vəfat etdi

27-03-2020


Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib.

Mtv.azz xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-də Təzə Pir məscidində olacaq. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb.

75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyun




























5 İyun