Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycanda Novruz bayramıdır

20-03-2020


Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Mtv.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün" deməkdir.

Bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

Ümumiyyətlə, Novruz bayramının mahiyyəti ilk olaraq yazın və baharın gəlişi ilə bağlıdır. Belə ki, Novruz bayramı ilə bağlı iki əsas məsələ var: Bunlardan biri təbiət hadisəsidir, yəni yazın, baharın gəlişidir. İkincisi, qədim və orta əsrlər dövründən qalma il təqvimidir, yəni yeni ilin başlanmasıdır. Təbii ki, təqvim kimi bu, hazırda Azərbaycanda istifadə olunmur. Çünki bizdə miladi təqvimdir. Amma bu təqvimdən vaxtı ilə əsrlər boyu bizdə də istifadə olunub. Təqvim kimi təkmilləşməsi 11-ci əsrə aiddir. Təbiətlə bağlı olan hissə isə qışın bitməsi və yazın gəlişi ilə əlaqədardır. Yazın gəlişi də ən qədim zamanlardan bəri müəyyən rituallar və ənənələrlə qeyd olunur. İnsanlar qışın yola salınması və yazın qarşılanmasını müxtəlif mərasimlərlə icra ediblər.

Novruz bayramında gecə ilə gündüzün bərabərləşməsi prosesi baş verir və Günəş Qoç bürcünə daxil olur.

Bayram kimi Novruzun tarixi çox qədimdir. Novruzun həm Bahar bayramı ilə birlikdə, həm də ayrıca bir tarixi var. Novruz Bahar bayramı kimi 11-ci əsrdən qeyd olunmağa başlayıb. Amma ayrıca Novruzun qeyd olunması bundan da qədim dövrə qədər gedib çıxır, hətta atəşpərəstlikdə də bu qeyd olunub.

Novruz bayramında bir sıra ayinlər icra olunur. Müxtəlif mərasimlər, oyunlar həyata keçirilir. Təbiəti təcəssüm etdirən səmənilər yetişdirilir. Səməni oyanan təbiətin rəmzidir. Yumurtalar boyanır, bayram şirniyyatları və xörəkləri hazırlanır. İnsanlar bir-biri ilə bayramlaşırlar. Bundan əlavə, xoruz döyüşdürmə, qoç döyüşdürmə, papaq atma və sairə mərasimlər icra olunur. Bundan əlavə kosa-kosa oyunları var. Tonqallar üzərindən atlanma kimi oyunlar var. Bunların bəziləri inanclarla bağlı olub, amma sonradan arxaikləşib və bu gün əyləncə kimi qarşılanır.

Xatırladaq ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu il baharın ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək. 2010-cu il fevralın 23-də BMT martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. 

Bayramınız mübarək!

27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel