Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakı Beynəlxalq Suluboya Festivalı keçiriləcək

21-03-2020


Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe - Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika Günü münasibətilə “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, festival iyunun 2-dən 5-dək gərçəkləşəcək. Məqsəd akvarel texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərməkdən ibarətdir.

Festivalda 18 yaşdan yuxarı hər bir yerli və xarici akvarelistlər iştirak edə bilər. Əsərlər 90 faiz akvarellə işlənməlidir. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Hər bir iştirakçı festivala ən çox 3 əsəri ilə qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız 1 əsəri dəvət olunacaq. Festivalda iştirak ödənişsizdir və işlər onlayn olaraq seçiləcək.

Əsərlər “Facebook”da https://www.facebook.com/groups/FestBaku/ qrupunda ad, soyad, ölkə, əsərin adı, texnika və ölçüsü, elektron poçt ünvanı qeyd edilməklə aprelin15-dək onlayn olaraq (Rəqəmsal təqdim JPEG fayl 300 dpi, 3-4 Mb.) yerləşdirilməlidir. Aprelin 20-də ilk turu keçmiş əsərlər və müəlliflərin siyahısı elan ediləcək.

Festival çərçivəsində demo ustad dərsləri və plenerlər təşkil olunacaq. Sərginin kataloqu hazırlanacaq. Tədbirdən sonra əsərlər bir ədəd kataloqla bərabər geri göndəriləcək. Mükafatlandırma fondu tərəfindən ilk 3 yerin qalibinə və təşkilatçıların seçdiyi bir əsərin müəllifinə pul təqdim ediləcək. Eyni zamanda, 5 müəllifə həvəsləndirici mükafat veriləcək.

21 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel