Müğənni dostlarına güvənmir
Əməkdar artist imicini dəyişdi
Demet müğənni həmkarı ilə barışdı
Aktrisa yeni sevgili tapdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan musiqi müsabiqəsinə qatılır

20-03-2020


Polşada keçiriləcək Fredrik Şopen adına klassik musiqi müsabiqəsinə 160-dan çox pianoçu qatılacaq.

Mtv.az xəbər verir ki, dünyanın 33 ölkəsindən musiqiçilərin qatılacağı müsabiqədə Azərbaycan da təmsil olunacaq.

Bu il 18-ci dəfə keçiriləcək Frederik Şopen adına beynəlxalq musiqi müsabiqəsinə maraq və iştirakçıların sayı ilbəil artır. Təkcə Çindən builki müsabiqədə iştirak üçün 100-dən çox pianoçu müraciət edib. Qalibi 40 min avro mükafat alacaq müsabiqədə yaşı 16-30 olan musiqiçilər iştirak edə bilərlər.

Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də təşkil olunacaq. Qaliblər isə oktyabrın 2-də keçiriləcək final konsertində 80 nəfərin arasından seçiləcək.

Konsertin təşkilatçısı, Frederik Şopen adına Milli İnstitutun rəhbəri Artur Şklener bildirib ki, koronavirusla bağlı təhlükə davam edərsə, seçim turları sentyabradək təxirə salına bilər.

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyun


















5 İyun