Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Canəli Əkbərovun yubiley gecəsinin vaxtı dəyişdirildi

11-03-2020


Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsinin vaxtı dəyişdirilib.

Mtv.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar konsert və teatr müəssisələrində olan tədbirlərin təxirə salınması ilə bağlı Canəli Əkbərovun yubiley gecəsi də təxirə salınıb: “Martın 10-a təyin olunan konsert gecəsinin vaxtının dəyişdirilməsi qərara alınıb. Xalq artistinin yubiley gecəsi aprelin 14-də keçiriləcək”.

Xatırladaq ki, martın 9-da Prezident İlham Əliyev Canəli Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May