Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Azərbaycandan Teatr Festivalına qatılmadı

12-03-2020


Koronavirus (COVID-19) təhlükəsinə görə Azərbaycandan olan tələbələr "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalında iştirak etməyəcək.

Mtv.az xəbər verir ki, Azərbaycan martın 14-dən 19-dək Moskvada keçirilməsi planlaşdırılan MDB ölkələri teatr festivalında iştirakdan imtina edib.

Azərbaycan bu festivalda İncəsənət və Mədəniyyət Universiteti təmsil olunacaqdı. Universitetin tələbələri sayca üçüncüsü keçirilən festivalda Sofoklun qədim yunan faciəsi olan "Çar Edip" tamaşasını oynayacaqdılar.

Xatırladaq ki, "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalı Rusiyanın Teatr İncəsənəti İnstitutu və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May