Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah hava dəyişkən buludlu olacaq 

27-02-2020


Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb. 

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

34 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel