Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Nailə Mirməmmədli direktor təyin olundu

20-02-2020


Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Mtv.az xəbər vürir ki, mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb.

Eyni zamanda mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda, ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərkəz həmçinin ölkələrarası mədəni münasibətlərin genişlənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində kütləvi tədbirlərin keçirilməsində mühüm işləri həyata keçirmək məqsədilə fəaliyyətə göstərəcək.

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel