Müğənni dostlarına güvənmir
Əməkdar artist imicini dəyişdi
Demet müğənni həmkarı ilə barışdı
Aktrisa yeni sevgili tapdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah hava dumanlı olacaq

14-02-2020


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

80 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyun


















5 İyun