Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabah yaz havası olacaq

05-02-2020


Bakıda və Abşeron yarımadasında fevralın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Mtv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 15-19, Bakıda gecə 5-7, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May




















28 May