Özcan Dəniz yeni serial çəkməyə hazırlaşır
İlqarə şərab içib, qəlyan çəkdi - video
Maskası ilə gülüş hədəfi oldu - foto
Oksana heç kimi günahlandırmır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Çingizin 20 yanvarla bağlı yeni kompozisiyası - video

20-01-2020


“Eurovision” təmsilçimiz Çingiz Mustafayev 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı özünəməxsus tərzdə hazırladığı yeni kompozisiyasını təqdim edib.

Mtv.az xəbər verir ki, müğənni İnstaqramda mahnının videosunu izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”.

145 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyul






















4 İyul