Aktyora İtaliyadan ismarış gəldi
Sərdar Ortaç konsert verdi
Müğənni evini izləyən manyakı polisə verdi
Azərbaycanlı stilist məşhur ifaçını makiyaj etdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Vicdanın hökmü" tamaşası nümayiş olundu - foto

20-01-2020


Sumqayıt Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş olunub.

Mtv.az xəbər verir ki, Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda, xüsusi təqvim günlərində tematik tamaşalar təqdim edir.

20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərib.

Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 Yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışıb, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söyləyib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açıblar. Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, yurd sevgisi, dövlətçilik təfəkkürü, qəhrəmanlıq və tarixi-mədəni irsə sayğı aşılayan bu qəbildən əsərlər teatrın repertuarında əsas yer tutur.









145 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25


















24