Elvis Preslinin ziynət əşyası hərraca çıxarılır - foto
Hollivud ulduzu yeni layihə reallaşdırır - foto
Aktyor memarla ailə qurdu
Müğənninin anasını şantaj edirlər - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - foto

19-01-2020


Yanvarın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş simfonik musiqi proqramı təqdim olunub.

Mtv.az xəbər verir ki, Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri olduğu konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Anım tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərdən ibarət konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azər Rzayevin “Bakı 90” simfoniyası səsləndirilib.

Simfonik musiqidən təsirlənən tamaşaçılar Qanlı Yanvar hadisələrinin hüzn və kədərini sanki yenidən yaşayıblar.







205 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 Dekabr














1 Dekabr