Məşhur aktrisa koronavirusdan vəfat etdi
Lolita qızına miras qoymayacaq
Müğənni aktrisa sevgilisi ilə barışdı
Zamiq evini göstərdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Kaman pıçıltısı” adlı konsert oldu - foto

18-01-2020


Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Cahandar Xanlarovun “Kaman pıçıltısı” adlı müəllif konserti keçirilib.

Mtv.az xəbər verir ki, konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində təşkil olunub.

Konsertdə qədim musiqi alətlərimizdən biri olan, əsrlərdir incə, məlahətli, melodik səsi ilə insanları valeh edən kamançada xalq və bəstəkar mahnılarımızdan nümunələr təqdim edilib.

Gənc istedadı səhnədə tək qoymayan müəllimi, Əməkdar artist, professor Mirnazim Əsədullayev tələbəsi ilə birlikdə “Gül açdı” xalq mahnısını təqdim edib. İfaçıları Afşin Əlizadə (piano), Nicat Paşazadə (bas gitara) və Bilal Həsənov (zərb alətləri) müşayiət edib.

Kamançanın ecazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğu var. Elə bu özünəməxsusluqla gənc ifaçı Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Siyavuş Kərimi yaradıcılığından nümunələrlə yanaşı, “Bayatı Şiraz” kompozisiyası, xalq mahnılarından ibarət unudulmaz bir kaman gecəsi təqdim etmiş olub.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər təşkil edir. Bu konsertlər gənc istedadları dəstəkləmək məqsədi daşıyır. Həmçinin birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.









63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel






6 Aprel