Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bəstəkarlar İttifaqında şəhidlərin xatirəsi anıldı - foto

20-01-2020


Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Mtv.az xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.

Vurğulanıb ki, faciə zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “Azər Rzayevin “Bakı-90” simfoniyası haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu”, musiqişünas Aysel Kərimin “20 Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü” mövzusunda məruzələri dinlənilib.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya ilə davam edib. Musiqili kompozisiyada bəstəkarlar Azər Rzayevin “Bakı-90” simfoniyası, Kamran Nəsirovun qoboy və piano üçün “Yanvar elegiyası”, Şəmsəddin Qasımovun “Şəhidlər” mahnısı, Azad Zahidin “Şəhidlər”, “Bayraqtəpə qartalları” əsərləri səsləndirilib.











75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


31 Mart