Aktrisa həmkarı ilə sevgilidir - foto
 Hadisəni brend geyinir - foto
Natavan reper əri ilə barışdı - video
Aktrisa müğənnini tərk etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Ata" klipinə təqdimat mərasimi keçirdi - foto+video

14-01-2020


Mərhum Xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmət Abdullayev atasına həsr etdiyi "Ata" adlı klipinə təqdimat mərasimi keçirib.
 
Mtv.az xəbər verir ki, “Ata” mahnısının söz və musiqisi H.Abdullayevin özünə, aranjimanı Muxtar Abseynova məxsusdur. Təqdimat mərasimində mədəniyyət və incəsənət xadimləri və ailə üzvləri iştirak edib.

Hikmət Abdullayev atası haqda əsər təqdim etməyin onun uşaqlıq arzusu olduğunu bildirib. O, kamança ifaçısı olsa da, gələcəkdə özünü müğənni kimi də sınayacağını və bu mahnının onun ilk addımı olduğunu da dilə gətirib:

“Çox istərdim ki, bu mahnı ilə də tanınım. Atamın sənətini davam etdirim, onu yaşadım. Atam mənə daim dəstək olub və hər zaman deyirdi ki, istəyirəm ki, yolumu oğlum Hikmət davam etdirsin”.

Tədbirdə Xalq artistinin həyat və yaradıcılığına bir daha nəzər salınıb.











121 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel




9 Aprel