Eşq iddialarına cavab verdi
İvana Sərt  Bakıda məsləhət verdi
Sevda "Eurovision"a getmək arzusundadır
Aktrisa-model borc ödəməyəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Tanınmış sənətkarlar Bakıya toplaşacaqlar

17-01-2020


Bu il fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

Operanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.

Operada əsas partiyalardan biri - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.

Səhnə əsərində, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Fevral






































24 Fevral