Eşq iddialarına cavab verdi
İvana Sərt  Bakıda məsləhət verdi
Sevda "Eurovision"a getmək arzusundadır
Aktrisa-model borc ödəməyəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda “Şanson gecəsi” konserti olacaq

16-01-2020


Fevralın 20-də Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti keçiriləcək.

Mtv.az xəbər verir ki, “Şanson gecəsi” adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunacaq.

Müğənnini səhnədə “Shanson Cover Band” qrupu müşayiət edəcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.



59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Fevral






































24 Fevral