Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Siyahısına salındı

16-12-2019


Özbəkistanın “Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mtv.az xəbər verir ki, bu haqda qərar UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Kolumbiyanın Boqota şəhərində keçirilən 14-cü sessiyasında qəbul olunub.

İclasda bildirilib ki, Özbəkistanın zəngin tarixi və mədəniyyəti var və gələcəkdə “Baxşi” (aşıq) sənətinin, həmçinin qədim idman növlərinin bu siyahıya salınması istiqamətində iş aparılır.

Xatırladırıq ki, bundan əvvəl “Şaşmakom” (muğam), “Baysun rayonunun mədəni məkanları” (Qaşqadərya vilayəti), “Katta Aşula” (musiqisiz ifa edilən mahnı), “Askiya” (kişilərin bir-biri ilə zarafatlaşması), “Plov ənənələri” və “Novruz” bayramı bu siyahıya daxil edilib.

124 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Aprel


3 Aprel