Aktrisa maska taxmır və qaydaları pozur
Futbolçu model ilə nişanlandı
Əməkdar artist görünüşü ilə təəccübləndirdi - foto
Aktrisa yeni eşqə düşdü

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Seyid Şuşinskinin 130 illiyinə konsert verildi - foto

14-12-2019


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xalq muğamlarının əvəzsiz ifaçısı, xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr edilmiş konsert keçirilib.

Mtv.az xəbər verir ki, məktəbin müəllimi Sevinc Mikayılova görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Həmçinin qədim mədəni irsimiz olan muğamın mədəniyyətimiz tarixində tutduğu böyük roldan danışıb və Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısını da xüsusi qeyd edib.

Tədbirdə məktəbin şagirdləri Seyid Şuşinskinin repertuarından “Heyratı”, “Bayatı-İsfahan”, “Mənsuriyyə” muğamlarını və “Bir cüt sona”, “Gülə-gülə”, “İrəvanda xal qalmadı” Azərbaycan xalq mahnılarını səsləndiriblər.

Konsertin sonunda xanəndə sinfinin müəllimi Günay İmamverdiyeva öz şagirdləri ilə birlikdə "Qarabağ şikəstəsi" ritmik muğamını ifa edib.

Sonda məktəbin direktoru Nəzifə Əliyeva konsertin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.











257 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29




















28